Bakıda işıqforun işləməməsi qəzaya səbəb olub — FOTO

HADİSƏ 27 sen 2022, 09:47
Bakının Xətai rayonunda yol qəzası baş verib.

Demokrat.az
APA-ya istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

“Mercedes” markalı avtomobilin sürücüsü işıqforla tənzimlənən yol ayrıcından keçərək əsas yola daxil olmaq istəyib. Bu zaman o idarə etdiyi avtomobili əsas yolda olan digər “Mercedes” markalı maşına çırpıb. Sürücülər bildirib ki, qəza zamanı işıqfor işləməyib. Hadisə də bu səbəbdən baş verib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top