Jurnalist Səbuhi Məmmədli xəstəxanaya yerləşdirildi

MEDİA 26 sen 2022, 23:51
Tanınmış jurnalist, Lent.az saytının əməkdaşı Səbuhi Məmmədli xəstəxanaya yerləşdirlib.

S.Məmmədli Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yatırılıb. Ona yüksək şəkərli diabet və kəskin ürək çatışmazlığı diaqnozu qoyulub.

Əməkdaşımız hazırda xəstəxanada müalicə olunan jurnalistlə əlaqə saxlayaraq, onun  vəziyyətilə maraqlanıb. Həmkarımız vəziyyətinin qənaətbəxş olmadığını vurğulayıb.

S.Məmmədlinin sözlərinə görə, Mətbuat Şurasının ötən şənbə keçirilmiş VIII qurultayının nümayəndəsi olsa da, həmin gün xəstəxanaya yerləşdirilməsi səbəbindən tədbirə qatıla bilməyib.

Jurnalist hazırda intensiv müalicə aldığını söyləyib. Həmkarımız TƏBİB-dən və xəstəxanadan böyük qayğı gördüyünü də sözlərinə əlavə edib./Modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top