Hikmət Hacıyev ABŞ rəsmisi ilə Ermənistanla münasibətləri müzakirə etdi

GÜNDƏM 26 sen 2022, 20:13
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ dövlət katibinin köməkçisi Karen Donfridlə görüşüb.

Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Hikmət Hacıyev və Karen Donfrid arasında keçirilmiş görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin hazırkı vəziyyəti, sülh müqaviləsi, sərhədlərin delimitasiyası və nəqliyyat məsələlərini müzakirə ediblər.

Tərəflər Azərbaycan - ABŞ ikitərəfli strateji əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top