Azərbaycanı ərzaq qıtlığı gözləyir? — AÇIQLAMA

SOSİAL 26 sen 2022, 19:45
“Dünyada ərzaq qiymətlərinin yüksəlməsi, inflyasiyanın artması, ərzaq çatışmamazlığı bütün ölkələr üçün təhdiddir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. İqtisadçı qeyd edib ki, Azərbaycanın ərzaq təhlükəsizliyi ilə üz-üzə qalmaması üçün dövlət tərəfindən ciddi tədbirlərin görülməsinə ehtiyac var:

“Biz həm yerli istehsalı artırmaqla, həm də bazarın daha da liberallaşması, bazarda rəqabətin artırılması yolu ilə təminatımızı da yüksəltməliyik, çünki xarici bazarlardan ciddi asılılıq var. Azərbaycanın ərzaq təhlükəsizliyində maksimum 25 faiz yerli məhsullar iştirak edir, 75 faizi xaricdən alırıq. Bu, istər ərzaq buğdası olsun, istərsə də digər məhsullar olsun.  Elə məhsul növləri var ki, xaricdən həddindən artıq çox 80-90 faiz asılıyıq. Ona görə yerli istehsalı artırmaq lazımdır. Paralel olaraq da, ölkəyə ərzaq gətirən şirkətlərin vergilərini, rüsumlarını azaltmaq lazımdır ki, rəqabət artsın. İş adamları istənilən ölkədən rahat şəkildə malların gətirilməsinə heç bir əngəllərlə rastlaşmasın. Qiymətlərin aşağı düşməsində də gömrük, vergi siyasətinin yenidən dizayn olunmasının da rolu ola bilər. Məsələn, ərzaq məhsullarına əlavə dəyər vergisi azaldılmalıdır, gömrük rüsumları ən azından bir illik heç olmasa sıfırlanmalıdır. Bunun da bazarda müəyyən pozitiv təsirləri ola bilər”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top