İyirmiyə yaxın şəxsin yaralandığı mikroavtobus qəzasının səbəbi bəlli oldu — YENİLƏNİB

HADİSƏ 26 sen 2022, 11:43
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Qazax avtomobil yolunda baş verən qəza barədə açıqlama verib.

Demokrat.az
xəbər verir ki, bu barədə idarənin İctimai qurumlarla əlaqə şöbəsindən oxu.az-a bildirildiyinə görə, Bakı-Qazax avtomobil yolunda eyni istiqamət üzrə hərəkət edən “Mercedes-Benz” markalı 90-OA-742 və ZİL markalı 05-BC-197 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Qəza zamanı “Mercedes-Benz”də olan üç sərnişin xəstəxanaya yerləşdirilib. Digərlərinə də ilkin tibbi yardım göstərilir. Hadisə zamanı ölən yoxdur”.

Qurumdan qeyd edilib ki, ilkin ehtimala görə, ZİL manevretmə qaydasının pozub və “Mercedes-Benz” ona çırpılıb.


11:04

Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.


Bu barədə Demokrat.az-a TƏBİB-in mətbuat xidmətindən bildirilib.

Hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilib.

Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Əlavə məlumat veriləcəkdir.

***
Ağstafa rayonunda mikroavtobus qəzaya uğrayıb, 20-yə yaxın şəxs xəsarət alıb.


“Report”un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qazax-Gəncə istiqamətində hərəkətdə olan sərnişin mikroavtobusu ilə “QAZel” markalı avtomobilin toqquşması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.

Onlar xəstəxanaya çatdırılıblar, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top