“Aİ-95 1 manat 60 qəpik olmalıdır”

SƏNAYE VƏ ENERGETİKA 26 sen 2022, 10:52
İqtisadçı ekspert Natiq Cəfərli dünya bazarında neftin qiymətinin ucuzlaşması fonunda ölkəmizdə Aİ-95 premium markalı benzinin hələ də ucuzlaşmaması ilə bağlı SOCAR-a müraciət edib.

Demokrat.az
xəbər verir ki, ekspert bu barədə sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, neft 86 dollar olub:

"Rusiyanın Ukraynaya soxulmasından öncəki səviyyəyə, yanvar ayı qiymətinə düşdü, bütün ölkələrdə benzin qiymətləri ucuzlaşır. Siz nə vaxt tərpənəcəksiniz? Aİ-95-in qiyməti nə vaxt düşəcək?! Məntiq və hesablamalarla indi Aİ-95 1 manat 60 qəpik olmalıdır".

Qeyd edək ki, Azərbaycanda Aİ-95 premium markalı benzin bu ilin 13 iyul tarixində 0,4 manat bahalaşaraq 2 manat olub. Həmin vaxt qeyd olunurdu ki, Aİ-95 premium markalı benzin ölkəmizdə istehsal olunmadığı üçün xaricdən idxal edilir. Qiymət artımı məhsulun idxal dəyərinin artması ilə əlaqələndirilirdi.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top