Rusiya Dövlət Dumasının sədri Bakıya gəlib — YENİLƏNİB(VİDEO)

XARİCİ SİYASƏT 26 sen 2022, 10:50
Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin sentyabrın 26-da Azərbaycana rəsmi səfərə gəlib.

“Report” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Vyaçeslav Volodini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, 2020-ci il sentyabrın 23-də Moskvada Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə Milli Məclisin sədri Sahibə Qafarova arasında görüş keçirilib. O, daha əvvəl 2018-ci il iyunun 24-25-də Azərbaycanda rəsmi səfərdə olub.

09:12

Rusiya Federasiyası Dövlət Dumasının sədri bu gün Azərbaycana rəsmi səfərə gələcək.

Demokrat.az
xəbər verir ki, bu barədə Dövlət Dumasının saytında məlumat verilib.

Səfər zamanı onun Milli Məclisin rəhbərliyi ilə görüşü nəzərdə tutulub.

Xatırladaq ki, 2020-ci il sentyabrın 23-də Moskvada Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə Milli Məclisin sədri Sahibə Qafarova arasında görüş keçirilib.O, daha əvvəl 2018-ci il iyunun 24-25-də Azərbaycanda rəsmi səfərdə olub./“Report”/
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top