Azərbaycanlı qız öldürülən qardaşının məzarı üstündə saçlarını kəsdi — VİDEO

HADİSƏ 26 sen 2022, 10:06
İrandakı aksiyalarda Qəzvindən olan azərbaycanlı gənc Cavad Heydəri İranda təhlükəsizlik qüvvələrinin baş nahiyəsindən açdığı atəşlə öldürülüb.

Demokrat.az “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, 36 yaşlı C.Heydəri iqtisadi fəaliyyətlə məşğul idi.

“Oğlum arxadan hədəf alınıb və o, ağır qanaxma və təhlükəsizlik qüvvələrinin onu xəstəxanaya çatdırmaqdan imtina etməsi nəticəsində dünyasını dəyişib” - deyə Cavadın atası Əlipənah Heydəri bildirib.

Cavad Heydərinin bacısı İran rejiminin anti-qadın və repressiv siyasətinə etiraz olaraq qardaşının məzarı üstündə saçını kəsərkən Azərbaycan dilində “Qardaşım!” deyə fəryad edir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top