Müdafiə Nazirliyi yayılan məlumatları TƏKZİB ETDİ

HƏRBİ 25 sen 2022, 18:39
Ermənistanın sosial şəbəkələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonu istiqamətində təxribat məqsədilə atəş açılması və Ermənistan hərbçilərinin cavab atəşi nəticəsində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın xəsarət alması barədə yaydığı məlumatlar həqiqəti əks etdirmir, tamamilə yalandır.

Müdafiə Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, bu, qarşı tərəfin növbəti informasiya təxribatıdır.

"Yayılan məlumatı qəti surətdə təkzib edirik. Hərbi texnika və şəxsi heyət arasında heç bir xəsarət alan yoxdur", - deyə Nazirlik bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top