“Rusiyadan Azərbaycana gələnlər imkanlı şəxslər olacaq”

GÜNDƏM 23 sen 2022, 14:52
“Rusiyadan ölkəyə bilet qiymətləri 1700 manatdan yuxarı qiymətdədir. Bu səbəbdən inanmıram ki, oradakı həmvətənlərimiz geri qayıtsın. Quru yolunun bağlı olması və ölkədə hələ də münaqişənin səngiməsinə baxmayaraq müharibə şəraitindədir. Hesab edirəm ki, bu qeydlər nəzərə almaqla, demək olar ki, kütləvi axın olmayacaq”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı-ekspert Rauf Qarayev deyib. İqtisadçı əlavə edib ki, Rusiya vətəndaşı olan və yaşı 18-55 arası olan şəxsləri ölkədən buraxmırlar:



“Təbii ki, ölkə ərazisinə gələn şəxslər də imkanı olan şəxslər olacaq ki, onlar da ölkə üçün təhlükəli deyil. Düzdür, dünyada iqtisadi böhran var. Qiymətlər artır, kasıb əhalinin sayı artır. Bu proses bizdə də müşahidə edilir. Baxmayaraq ki, qeyd olunur ki, işsizliyin səviyyəsi aşağıdır. Üzü qışa vəziyyətin daha da ağırlaşacağı  proqnozlaşdırılır. Ukrayna - Rusiya müharibəsi iqtisadi baxımdan Qərbi Avropanı da çökdürüb və onlar artıq müəyyən addımlar atsa da, çətinliklər göz qabağındadır. Həqiqətən də, nikbin proqnoz vermək çətindir. Azərbaycan 44 günlük müharibədən öz tədbirini görüb və bunu indiki fonda görmək olur. Hazırda adi quru sərhədlərin bağlı olmasıba baxsaq, görə bilərik ölkə təhlükəsizlik baxımdan bu nüansları nəzərə alıb. Sosial şəbəkələrdə hay-küy salmaq, mitinqlər etmək, indiki məqamda mənasızdır. Dünyanın hazırda bölünməsi gedir. Ola bilər ki, yaxın zamanlarda siyasi xəritədə yeni müstəqil ölkələr gördük. Hər şey Rusiya-Ukrayna müharibəsinin gedişatından asılıdır”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top