Hüquq müdafiəçisi 9 il həbs alıb, tezliklə azadlığa çıxan narkobaronu müdafiə etdi — VİDEO

SOSİAL 22 sentyabr 2022, 14:33
Bir neçə il öncə evindən külli miqdarda narkotik vasitələr aşkar olunaraq həbs edilən Salyan rayonunun Qaraçala qəsəbəsinin sakini, 1965-ci il təvəllüdlü Məmmədov Elşən Ağalar oğlu yenidən köhnə əməlini davam etdirir. Bununla bağlı Qaraçala qəsəbəsindən olan bir qrup sakin Demokrat.az-a müraciət edərək, Elşən Məmmədovun həbs edilməsini tələb edir. Sakinlərin sözlərinə görə, Elşən Məmmədov Salyanda kütləvi olaraq, gəncləri narkotiklə zəhərləyib məhv edir. 

Məsələ ilə bağlı Demokrat.az-a “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev açıqlama verib. 



“Bildirim ki, Məmmədov Elşən Ağalar oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3, 228.1, 228.4, 66.3 maddələri ilə 8 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdir. Cəzanın əvvəli 27.03.2017-ci il, cəzanın sonu 27.09.2025-ci il. Sonra Şirvan Appelsiya Məhkəməsi 18 aprel 2018-ci il tarixli qərarı ilə təqsirliyi sübuta yerinə yetirilmədiyi üçün bəraət verilmiş və məhkəmə zalından azad edilmişdir. O, bəraət almış bir şəxsdir. İndi əgər vətəndaşlar hesab edirsə ki, o, narkotik maddələrin yayılması ilə yenə məşğuldur, bununla bağlı, sadəcə olaraq Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər, yaxud da bir qrup vətəndaş mənə müraciət edə bilər.

Mən də onunla bağlı Daxili İşlər Nazirliyinə müraciət edə bilərəm. Nə qədər ki, şəxs bəraət alıb, biz bəraət aldığı üçün onu mübahisələndirə bilmərik. Məhkəmə qərarı olub, yəni bu şəxsi həbsxanadan buraxmayıblar. O, bəraət aldığı üçün məhkəmədən buraxılıb, yəni həmin şəxsin günahı sübut olunmayıb. Yəni, biz bu şəxsi təqsirləndirə bilmərik, məhkəmənin qərarı ilə təmiz şəxsdir. Faktiki vəziyyəti deyə bilmərik. Əgər kimsə hesab edirsə ki, o, narkotik maddələrin alışı-satışı ilə məşğuldur, onunla bağlı Daxili İşlər Nazirliyinə müraciət etsin. Siz də onu təqsirləndirə bilməzsiniz, sizi məhkəməyə verə bilər!”.
 


Aynurə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top