Elman Nəsirov: “Sosial şəbəkələr cəngəllik qanunları ilə idarə olunur”

SOSİAL 21 sen 2022, 12:49
“Bu gün məhkəmələrdə bəlkə də ədalətli qərarlar verilir, amma bu qərarların icrasında süründürməçilik var. Ən çox şikayətlər bununla bağlıdır. Məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün biz addımlar atmalıyıq”.

Demokrat.az
xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.

Deputat təklif edib ki, “Sosial şəbəkələr haqqında” qanun layihəsinin hazırlanmasına başlasınlar: “Sosial şəbəkələrdə təhqirlər çoxdur. Mən İnsan Hüquqları komitəsinin üzvü olaraq öz hüquqlarımı sosial şəbəkələrdə müdafiə edə bilmirəmsə, başqasının hüquqlarını necə müdafiə edim? Biz bu qanun layihəsinin hazırlanması üçün təşəbbüsü ələ almalıyıq. Sosial şəbəkələr cəngəllik qanunları ilə idarə olunur, insanlar təhqir olunur, böhtan atılır. Nəhayət, biz sosial şəbəkələr haqqında qanun layihəsinin hazırlanmasına başlamalıyıq”.

Elman Nəsirov informasiya təhlükəsizliyi ilə bağlı dinləmə keçirilməsini də təklif edib: “Xaricdə oturub Azərbaycana şər böhtan atan bloggerlər, sapı özümüzdən olan baltalar var”. /apa

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 sen 2022, 09:44
Top