Zəngəzur niyə bu qədər önəmlidir?

SİYASƏT 20 sen 2022, 13:14
“Zəngəzur bölgəsində dünya molibden ehtiyatlarının 7%-i yerləşir. Bütün dünyada 11.500.000 ton molibden var, bunun da 800.000 tonu Zəgəzur bölgəsindədir”.

Demokrat.az
xəbər verir ki, bunu erməni ekspert Tatev Ayvazyan öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, buradakı molibdenin ümumi dəyəri təxminən 15 milyard dollardır. Bu, Ermənistanın 50 illik hərbi büdcəsidir

“Zəngəzurda təxminən 1.500.000.000 ton dəmir (1,5 milyard ton) var. Bu, təxminən 883 milyon dollar (883 milyard dollar) edir və Ermənistanın təxminən 3000 illik hərbi büdcəsidir.

Bölgədə təxminən 4 milyon ton mis ehtiyatı var. Bu, təxminən 36.000.000.000 (36 milyard) dollardır.

Zəngəzur bölgəsində 238 ton xalis qızıl və 16.000.000 ton qızıl filizi ehtiyatı var. Bu, qızıl filizinin dəyərini nəzərə almasaq, təxminən $13,000,000,000 (13 milyard dollar) təmiz qızıl deməkdir.

Zəngəzurda 100 min ton uran yatağı var. Bundan əlavə, Zəngəzurda nəhəng alüminium, platin, arsen, sürmə, civə, sink, volfram, titan, kömür, torf, kristallar, almaz və digər yataqlar var.

Mineral suların 50%-dən çoxu Zəngəzurda yerləşir.

Zəngəzur Türkiyədən yan keçməklə İranı (və onun vasitəsilə Hindistanı) Avropa ilə birləşdirən yeganə coğrafi ərazidir”, - deyə o qeyd edib. /ordu.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top