Bir neçə gün öncə Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olmuş Azərbaycan hərbçilərinin banklara olan bütün növ kredit öhdəlikləri və onlara hesablanmış faizlər tam silinib.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Aydın Mirzəzadə Demokrat.az-a açıqlamasında atılan bu addımı yüksək dəyərləndirib:
“Azərbaycan dövləti, cəmiyyətimiz, hər bir vətəndaşımız şəhid adına və onun ailəsinə çox böyük hörmətlə yanaşır. Vaxtaşırı şəhidlərin və onun ailə üzvlərinin banklara olan borcları silinib. Bu gün məlumat verildi ki, sentyabrda şəhid olanların banka borcu tamamilə silinib. Bu, Azərbaycan banklarının ümumillikdə şəhid adına hörməti deməkdir. Şadam ki, Azərbaycanda hər bir struktur şəhid adına öz hörmətini nümayiş etdirir. Biz hamımız Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə hörmətindən nümunə götürürük. Onların şəhid ailələrinin problemlərinə olan həssaslığını hər bir struktur özünə bir fəaliyyət proqramı etməlidir. Bu baxımdan bu gün deyilən bu informasiya hər birimizi məmnun etdi. Şəhid ailələrinə bundan sonra da diqqət olacaq!”.
Aynurə
Demokrat.az