İcra başçısı yaralı hərbçilərin ailələrinə baş çəkdi — FOTOLAR

SOSİAL 17 sen 2022, 15:03
13 sentyabrda Ermənistanın Kəlbəcər, Daşkəsən, Laçın istiqamətində törətdiyi təxribatların qarşısının alınması zamanı hərbi toqquşmalar baş verib.

Demokrat.az
xəbər verir ki, ordumuz tərəfindən düşmən təxribatı  layiqli cavablandırılıb. Təəssüf ki, düşmənlə döyüşlərdə xalqımız daha 79 şəhid verdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

13 sentyabr təxribatının qarşısının alınması zamanı Füzuli rayonundan olan 4 nəfər hərbi qulluqçusu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Horadiz şəhər sakini Əlizadə Olim Fikrət oğlu, Böyük Bəhmənli kənd sakini Əliyev Həsən Yarməmməd oğlu, Arayatılı kənd sakini Əhmədov Kənan Əbil oğlu və Şükürbəyli kənd sakini Allahverdiyev Baba Yasər oğludur.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və rayon hüquq mühafizə orqanlarının rəhbərləri  yaralıların ailələrinə baş çəkib, onların vəziyyətilə maraqlanıblar. Yaralıların hər birinin həyətində döyüşlərdən salamat çıxmaları səbəbinə Rayon rəhbəri tərəfindən qurbanlar kəsilib. Yaralı hərbi qulluqçuların ailələri bu həssas məqamda onlara göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin  minnətdarlıqlarını bildiriblər.







SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top