“ABŞ deyil, lap onun babası da qışqırsa xeyri olmayacaq” — Deputat

GÜNDƏM 16 sen 2022, 19:35
“Hərbi toqquşmalara baxmayaraq Ermənistan xarici işlər naziri Ararat Mirzoyan elan etdi ki, ayın sonuna qədər Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşərək sülh müqaviləsinin hazırlanması ilə bağlı danışıqları davam etdirəcək. Ermənistan danışıqlardan çıxıb nə edəcək ki? Problem həllini tapmalıdır!

İndi özləri deyir ki, Azərbaycan qoşunları Ermənistan ərazisindədir. Bəs sənin qoşunların Azərbaycan ərazisində deyil? Zarımaqla problem həll olunmur. Zəhmət çək, problemi həll et! Qazax rayonunun ərazisindən, eləcə də Kərki kəndindən çıx! Qarabağda sənin ordunun qalıqları var, onları çıxart! Sən Azərbaycanın haqq işi ilə razılaşmırsansa, ABŞ deyil, lap onun babası da qışqırsa, xeyri olmayacaq”.

Bunu deputat Rasim Musabəyov Reyting.az-ın Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının davam edib-etməyəcəyi ilə bağlı sualına cavabında deyib.

Onun sözlərinə görə, danışıqlar olmadan və tələblər yerinə yetirilmədən Azərbaycan Ermənistanın nə sərhədlərini tanıyır, nə də kimlərinsə çağırışı ilə durduğu yerdən uzaqlaşan deyil.

R. Musabəyov daha sonra əlavə edib:

“Ermənilər düşünürlər ki, Laçın dəhlizindən istifadə edəcəklər və öz yollarını bağlı saxlayacaqlar. Nahaq belə düşünürlər. Azərbaycan nümayiş etdirdi ki, öz ərazisində, eləcə də mübahisəli ərazilərdə hərbi üstünlüyü təmin etməyə qadirdir”.

R. Musabəyov xatırladıb ki, son Brüssel danışıqları zamanı noyabr ayına görüş razılaşdırılıb:

“Əslində noyabra qədər üç istiqamətdə danışıqlar aparılmalıdır. Dövlət başçıları səviyyəsində deyil, baş nazirlərin müavinlərindən ibarət komissiya çərçivəsində nəqliyyat-kommunikasiya, sərhədlərin dəqiqləşdirilməsi üzrə müştərək komissiya çərçivəsində iş dava etdirilməlidir. Eyni zamanda xarici işlər nazirləri səviyyəsində sülh razılaşması istiqamətində fəaliyyət olmalıdır. Norabrda Ermənistan tərəfinin bu istiqamətdə işləyib-işləmədiyini görəcəyik. Görəsən, noyabr ayına planlaşdırılan Brüssel görüşünə Paşinyan hazır sənədlə gələcək, yoxsa məsələni uzatmaq xəttini davam etdirəcək?

Aydındır ki, belə halda ermənilər hansısa fürsəti - situasiyanın dəyişməsini gözləyəcəklər. Amma Azərbaycan Ermənistana göstərib ki, yaxın 5-10 ildə sizin belə fürsətiniz olmayacaq. Bəli, biz bunu şapalaqla göstəririk. Təəssüflər olsun ki, bu halda bizim də itkilərimiz olur. Normalda bu olmamalıdır. Ermənistan oyunbazlıqla məşğul olmasa, belə gərginliklər yaranmaz. Təəssüf ki, belə hallarda diplomatik deyil, digər üsullardan istifadə etmək məcburiyyəti yaranır”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top