Deputat dövlət əleyhinə danışanların həbsini tələb etdi

SİYASƏT 16 sen 2022, 15:50
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında deputat Elman Məmmədov dövlət əleyhinə danışanlara qarşı sərt tədbirlər görülməsini təklif edib. 

Oxu.Az-ın məlumatına əsasən, Elman Məmmədov qeyd edib ki, ölkə daxilində bəzi dairələr dövlətin təhlükəsizliyinə qarşı fikirlər səsləndirir. 

“Oturublar, ağıllarına gələni danışırlar. Xaricdə oturanları başa düşdük, onları həbs etmək bizim səlahiyyətimizdə deyil. Yaxşı, bəs Azərbaycanın daxilində oturanlar niyə həbs edilmir?” - deyə o əlavə edib. 

Deputat təklif edib ki, dövlətin təhlükəsizliyi üçün təhdid yaradanlar haqqında qanunun ən sərt üzü göstərilməlidir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top