Şəhid Polad Şirinov II Fəxri xiyabanda dəfn olundu — VİDEO

DAXİLİ SİYASƏT 15 sen 2022, 21:05
Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan Müddətdən artıq Həqiqi Hərbi Xidmət Qulluqçusu Polad Şirinov dəfn olunub.

Demokrat.az
xəbər verir ki, şahidin nəşi torpağa tapşırılmaq üçün II Fəxri xiyabana gətirilib.

Mərasimdə Müdafiə Nazirliyinin şəxsi heyəti, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib. Əslən Yardımlı rayonundan olan 2002-ci il təvəllüdlü şəhid Şirinov Polad Seyran oğlu Bakıda böyüyüb başa çatıb.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin son üç gün ərzində törətdiyi təxribatlar nəticəsində 71 hərbçimizin şəhid olduğu açıqlanıb.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top