Fəxrəddin Manafov ermənilərlə sülhdən danışdı: “Canavara nə qədər yem versən də, gözü meşədə olacaq”

GÜNDƏM 14 sen 2022, 20:32
“Dövlətimizin, məmləkətimizin, xalqımızın, Ordumuzun, torpağımızın başında böyük siyasətçi, nə edəcəyini bilən bir sərkərdə, cənab Prezidentimiz, çox hörmətli İlham Heydər oğlu Əliyev var. Hər zaman gözlərimiz, fikirlərimiz yalnız və yalnız ona yönəlib. 44 günlük müharibənin nəticəsində qazandığımız Zəfərimiz, bütün qələbələrimiz göz qabağındadır. Əlbəttə, siyasətlə bütün bu məsələləri dözüb yoluna qoymalıyıq. Bu isə mütləq və mütləq cənab Prezidentimizin, güclü Ordumuzun çiyinlərindədir. Dünəndən bəri çox pis olmuşam. Bilirəm ki, millətimiz bu haldadır. Çox ağır itkidir. Alçaqcasına hərəkət etmiş ermənilərə nə “millət” deyə, nə də bir ad qoya bilirəm. Elə bil qonşuluqda bir xəstəlikdir”.
 
Bu sözləri Pravda.az-a müsahibəsində Azərbaycanın tanınmış Xalq artisti Fəxrəddin Manafov deyib.
 
O bildirib ki, bütün tarix boyu ermənilər məhz kimlərinsə əlində bir oyuncaq, əşya olublar: “Bu, bizim daşıyacağımız böyük bir bəladır və Allahın, ölkə rəhbərliyimizin köməkliyi , cənab Prezidentin böyük siyasəti ilə bu bəlanın altından çıxmaq gücündəyik, Allahın izni ilə çıxacağıq da. Bizdə ölü yoxdur, şəhid var. Şəhidlərimizin qarşısında baş əymək belə azdır. Onların valideynlərinə, əzizlərinə başsağlımı çatdırıram. Danışıram, göz yaşım, qəhər məni boğur. Çox böyük bir itkidir. Amma Allahın izni ilə bunun altından çıxacağıq. Mənə elə gəlir ki, hər bir sərhədimiz, itirilmiş torpaqlarımız, bu günə qədər yağıların əlində qalan Qərbi Azərbaycanımız da, hamısı bərpa olunacaq. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Ordumuza ümidimiz böyükdür. Bu yaşımda mənim də əlimdən bir iş gəlsəydi... Amma gənclər var, əlbəttə ki”.
 
Xalq artisti ermənilərlə sülh şəraitində yaşamaq məsələsinə də fikir bildirib: “Canavara nə qədər yem versən də, gözü meşədə olacaq. Bu, mümkün olan şeydir. Adlarını da deyə bilmirəm, “millət” deyə bilmirəm, istəmirəm deyəm. Bunlar çox alçaq məxluqlardır. Dünyanın ölçülmüş qanunları var, bu qanunlara dünyada yaşayan hər bir dövlət, millət riayət etməlidir. Bu sülhün uzun-uzun töhfələri var. Yəni qanun elə qanun olmalıdır, elə qanuna arxalanıb onlarla sülh bağlamaq lazımdır ki, onların bir addımı, alçaqlığı, nifrət, yalaq baxışlarını həmin an cəzalandırmaq mümkün olsun. Qanuna riayət edərək, hər şey qanunla olmalıdır. Bunu da biz, rəhbərliyimiz edir”.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top