Azərbaycanda “TikTok”a və “Telegram”a giriş məhdudlaşdırılıb? — AÇIQLAMA

SOSİAL MEDİA 14 sentyabr 2022, 16:44
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkədə sosial şəbəkələrdən istifadəyə məhdudiyyət qoyulması, o cümlədən “TikTok” və “Telegram”ın bloklanması ilə bağlı iddialara münasibət bildirib.

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Nazirlik heç bir internet resursuna məhdudiyyət qoymayıb”, - deyə qurum bəyan edib.

Xatırladaq ki, son günlər Azərbaycanla Ermənistan arasında baş verənlərlə bağlı TikTok” və “Telegram”ın bloklanmasına dair məlumatlar yayılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 sentyabr 2025, 21:56
Top