Tarixçi-alim od püskürdü: "Ordumuza “təcavüzkar” yazan nankor Göyüşov..."

SOSİAL MEDİA 13 sen 2022, 17:18
Siyasi elmlər üzrə fəlsəfə doktoru, tarixçi alim Zaur Əliyev sosial şəbəkə hesabında paylaşım edib

Demokrat.az
xəbər verir ki, o, ermənilərin sərhəddəki təxribatı ilə bağlı tarixçi-alim Altay Göyüşovun FB səhifəsindəki yazdığı şərhə əsəbləşib. Çünki Altay Göyüşov əsgərlərimizin şəhid olmasına, hərbi infrastuktura ziyan dəyməsinə səbəb olan Ermənistanın təxribatına cavab olaraq Ordumuzun zərbə endirməsi haqda bu sözləri yazıb:“Şəxsən mənə İrəvan, Zəngəzur-filan lazım deyil və Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq qınayıram”.

Z. Əliyev bununla bağlı paylaşımında yazır:” Ordumuza “təcavüzkar” yazan nankor Göyüşov...O, Altaya ki, babalarının qəbri 29 il erməni işğalında olub, babalarının torpaqları 29 il erməni təcavüzü altında qalıb. 29 il Ağdam düşmən işğalında yerlə yeksan edilib. İndi getsə, babalarının qəbrini belə tapa bilməz, çünki o qəbirlər də təcavüzə məruz qalıb.

Demək, Qərbdə təkcə yaxşı maaş vermirlər, insanları alim olmaqdan, adam olmaqdan da yaxşı çıxardırlar. Olsun, Altay Göyüşov. Amerikada sən dalını isti yerə qoyub oturanda Ağdam uğrunda, sənin babalarının torpaqları uğrunda Azərbaycan əsgəri can qoyurdu ki, ölənlərinin qəbri ayaq altında qalmasın....

Haram olsun sənə, sadəcə haram!

Ömrü boyu orda qalmayacaqsan ki! Bir gün dönəcəksən bu torpağa. Onda ayağın altından torpaq qaçanda biləcəksən ki, bu, sözlərinə, təcavüzkar Ermənistanı dəstəkləməyinə görədir”.

Qeyd edək ki, Altay Göyüşovun atası əslən Ağdam rayonunun Boyəhmədli kəndindən olan, Azərbaycan arxeoloqu, tarix elmləri doktoru, professor Rəşid Göyüşovdur.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top