“Wi-Fi” modem və routerlər dəyişdiriləcək: Yeni standart

İKT 11 sen 2022, 12:22
Texnologiya nəhəngi “Intel” yarımkeçiricilər istehsalçısı “Broadcom” ilə birlikdə ilk dəfə olaraq Wi-Fi 7 (802.11be) standartı ilə uğurlu məlumat ötürülməsini nümayiş etdirib.

Demokrat.az
oxu.az-a istinadla bildirir ki, sürət 5 Gb/s-dən çox olub ki, bu da “Wi-Fi 6” ilə müqayəsədə beş dəfə daha çoxdur.

Vurğulanıb ki, “Wi-Fi 7”nin fərqi sadəcə sürət artımından ibarət deyil. Yeni standart daha çox ötürmə qabiliyyətini və daha aşağı gecikməni təmin edir ki, bu da onlayn oyunlar və simsiz VR qulaqlıqlardan istifadə zamanı, həmçinin video axını üçün əvəzolunmazdır.

Eyni zamanda qeyd edilib ki, 5 Gb/s “Wi-Fi 7” üçün sürət limiti deyil və onu artırmaq da olar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top