Yunanıstan azərbaycanlıların olduğu gəmiyə atəş açdı — YENİLƏNİB (VİDEO)

HADİSƏ 11 sen 2022, 12:23

Yunanıstan hərbçilərinin Bozcaada yaxınlığında atəşə tutduqları türk gəmisi sahilə yan alıb.

Türkiyənin Sahil Mühafizə Xidmətinin iki katerinin müşayiət etdiyi “Anatolian” adlı rolker tipli gəmi 18 heyət üzvü ilə İstanbul boğazında Karanlıq limanına lövbər salıb.

Qeyd edək ki, dünən Bozcaadanın 11 mil cənubunda “Anatolian” adlı rolker tipli gəmiyə Yunanıstan tərəfindən atəş açılıb. Türkiyənin Sahil Mühafizə Xidmətinin katerləri hadisə yerinə gələnədək Yunanıstan heyəti tələsik ərazini tərk edib. Gəminin göyərtəsindəki 18 nəfərlik heyətin beşi Azərbaycan, üçü Türkiyə vətəndaşı olub. Gəmi heyətindən heç kim xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.



***

Xəbər verdiyimiz kimi, Yunanıstan Sahil Mühafizəsi Bozcaadada göyərtəsində azərbaycanlıların olduğu gəmiyə atəş açıb.


Demokrat.az xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsi qüvvələri Çanaqqalanın Bozcaada səmtində beynəlxalq sularda üzən Komor adaları bayrağı altında üzən “Anatolian” adlı Ro-Ro gəmisinə atəş açıb.

Hadisədən dərhal sonra Türkiyə Sahil Təhlükəsizlik Botlarını görən yunanlar bölgəni tərk edib.

Sahil Mühafizə Komandanlığından verilən açıqlamada bildirilir ki, “Beynəlxalq hüquq qaydalarına məhəl qoymayaraq açılan təcavüz atəşindən sonra 18 personalı olan gəmi iki Sahil Mühafizə kateri tərəfindən müşayiət olunur”.

Çanaqqala Növbətçi Respublika Prokurorluğunun göstərişi ilə hadisə ilə bağlı araşdırma başlanılıb.

Gəmidə 6 Misir, 4 Somali, 5 Azərbaycan və 3 Türkiyə vətəndaşının olduğu bildirilir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top