Əməkdar artist: “Atanın oğul üçün məzar düzəltdirməyi faciədir” — VİDEO

İNCƏSƏNƏT 11 sen 2022, 09:47
"Şəxsi həyatımda dəyişiklik olub, amma balalarıma aid etməmişəm. Balalarımdan əl çəkməmişəm. Həyat yoldaşım da onları sevirdi, balalarımdan əl çəkməyib. Gedib-gəlmişik, yaxşı münasibət olub".

Demokrat.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov "O üz" proqramında deyib. Aktyor dünyasını dəyişən oğlundan danışıb:

"İlham hər şeyi mənə danışırdı. Elə övladı kim istəməz?  Ona görə yanıb tökülürəm. Elə övlad ölməməlidir, valideyni mənzil başına yola salmalıdır. Valideyn deyir ki, övladımın çiynində gedim. Amma atanın oğul üçün məzar düzəltdirməyi faciədir".
 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top