Mirşahin: “Əvəzin saxlanılması xəbəri doğrudursa, təqdir edirəm”

SOSİAL MEDİA 10 sen 2022, 17:44
Tanınmış telejurnalist Mirşahin Ağayev “Yeni Müsavat” qəzetinin Avropada yaşayan yazarı Elbəyi Həsənlinin onun haqqında səsləndirdiyi ittihamlara cavab verib.

Demokrat.az xəbər verir ki, Mirşahin Ağayev Elbəyi Həsənlinin təhqirlərini təhqirlə cavablayıb:

“Deməli, əvvəla: “hörmətli” 

El”bəy”i yaramaz sənsən, namərd sənsən, yeri gəlmişkən yaramaz və namərd sənin bütün şəcərəndir, abeyi-əcdadındır, əlbəttə valideynlərin sağsa, özlərindən, vəfat ediblərsə ruhlarından üzr istəyirəm! Amma bu üzrxahlıq belə məni təkrar-təkrar səni, nəslini və bütün kökünü, cücərtilərini, yəni səndən törəmələri YARAMAZ və NAMƏRD adlandırmaqdan çəkindirmir. Kimi tutublar, nə vaxt tutublar, saxlayıblar, saxlayacaqlar, bunun Eynulla və ya Mir Şahinlə nə əlaqəsi!?. Əgər kimsə rüşvət alıbsa, xərac alıbsa, şantaj edərək vətəndaşın asılı vəziyyətindən istifadə edibsə və bu əməllərinə saxlanılıbsa, əziyyət çəkib qanun qarşısında cavabını da verməlidir.   Bir zamanlar Hitlerin “Mayn Kampf”kitabını Azərbaycan dilində nəşr etdirmiş və buna görə məsuliyyətə cəlb edilmiş adam bu gün düşüncəmizə eyni “əxlaqı” daşıyırsa, səncə cavab verməməlidir!?! Əgər adam reketlə məşğuldursa cavab verməməlidir? Mənim mövqeyim budur: Reketçiliklə, şantajla sonadək mübarizə aparılmalıdır! Burda mediadan, jurnalistikadan söhbət getmir! Sırf kriminaldan danışırıq. Bura iqtidarı niyə qatırsan axı? Cibgir, oğru, qatil, maşın qaçıranla, narkobaronla  mübarizə aparanlar üçün bu da sıradan bir işdir. Əgər yazdığın doğrusa, əlbəttə. Çünki mən ilk dəfə sənin yazından öyrəndim ki Əvəzi saxlayıblar! Xəbər doğrusa, yalnız təqdir edirəm.  Deməli, təğyir-libas olub sıralarımıza soxulanlardan təmizlənəcəyik. Nə bilirsən, bəlkə elə özü çıxıb üzr istəyəcək!?”.


Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top