Hacıbəy Heydərli
"Tiktok" Azərbaycanda ən kütləvi və ən təhlükəli sosial şəbəkəyə çevrilir.
"Metrix"in dünən yaydığı infoqrafikada göstərilir ki, Azərbaycanda 1 milyona yaxın "tiktok" istifadəçisi var. Bu rəqəm rəsmi qeydiyyatdan keçənlərin siyahısıdır, nəzərə alaq ki, "application"u yazıb, çox şeyi kənardan izləyənlər də az deyil.
Onu da qeyd edim ki, "Tiktok" 2021-ci ildə dünyada ən çox daxil olunan sayt olub. Təkcə bir ildəki qazancı isə milyard dollarla ölçülür.
Burada ən həyəcanlı məqam isə ölkəmizdən "tiktok"a daxil olanların 73.1 faizinin 18-24 yaşlı gənclər olmasıdır.
Yəni, Azərbaycan gəncliyinin ən çox istifadə etdiyi sosial şəbəkə "tiktok"dur. "Facebook" ictimai-siyasi şəxslərin, "İnstagram" isə daha çox orta yaş təbəqəsinin toplaşdığı məkandır.
"Tiktok"un təhlükəli tərəfi isə burada əxlaqsızlığın, feyk xəbərlərin, zərərli vərdişlərin, "oğru aləmi"nin təbliğ olunmasıdır.
Son zamanlar ölkədə nə baş verirsə, mənbəyi bu sosial şəbəkədən qaynaqlanır.
Məsələn: Canlı yayım açıb narkotiki təbliğ edənlər, həyat yoldaşının əxlaqsız videosunu çəkənlər, qazi qardaşlarımızı qızışdırıb, "baxış" sayı yığanlar, xarici ölkələrdə baş verən iğtişaşları Azərbaycanda imiş kimi göstərənlər, "oğru aləmi" qəhrəmanlarına həsr edilən mahnıları, videoları yayanlar hamısı "tiktok"dadır.
Və ən təhlükəsi odur ki, bu videolara baxanların 76,2 faizi gənclərdir, yeniyetmələrdir. Bu həm də o deməkdir ki, gənclərimizin beyni yuyulur, yanlış istiqamətə yönlənir.
Bəs çıxış yolu nədir?
Mənə görə çıxış yolu yalnız və yalnız maarifləndirmə və eyni zamanda düzgün təbliğatdan keçir.
Dövlətini, xalqını sevən insanlar bu sosial platformanı da boş qoymalı deyillər, burada da aktiv olmalı, yerinə gələndə savaşmalıdırlar.
Tanınmış jurnalistlər, blogerlər, influincerlər yalnız "facebook"da status yazmaqla kifayətlənməməli, əksinə gənclərin, kütlənin çox olduğu meydanda olmalıdır. Yeri gələndə hər həftə "tiktok"da canlı yayımlar açılmalı, maarifləndirici söhbətlər edilməlidir.
Xaricdə oturub, söyüşlə populyarlıq qazanan insanların qarşısına dövlətçi gənclər çıxmalıdır, kütləyə ağı qaradan ayırmaq şansı verilməlidir.
"Tiktok"a qeyri-ciddi platforma kimi baxanlar unudur ki, orada yayılan hansısa saxta video, hansısa dezinformasiya bir anda ölkəni çalxalaya bilər, ölkədə xaosa gətirib çıxara bilər. Biz bunu daha öncə Qazaxıstan misalında görmüşük. Belə ki, 2 il öncə Alma-atada baş verən iğtişaşlar Bakıda imiş kimi insanlara təqdim olundu, bəzi qüvvələr bu saxta videolarla xalqı meydanlara səslədi. O dövrdə dövlətçi insanların ayıq-sayıqlığı nəticəsində bu təxribatların qarşısı alındı.
Belə dezinformasiyaların qarşısını almaq üçün ictimaiyyətlə yanaşı dövlət qurumları da bu platformada fəal olmalıdır. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu işdə digər qurumlara nümunə ola bilər. Nazirliyin çox aktiv "tiktok" səhifəsi fəaliyyət göstərir və orada təkcə bir "Qaziyə toyu günü ev hədiyyə edildi" videosunu 1,7 milyon insan izləyib, 200 minə yaxın insan bəyənib.
Bu məsələdə Mətbuat Şurasının da üzərinə böyük yük düşür. Məncə bu qurum sosial şəbəkələrlə iş qurmalıdır, orada aktiv olan şəxsləri təlimlərə cəlb etməlidir.
Bu faktdır ki, "Tiktok" artıq əyləncə platforması deyil, "tiktok" ölkə gündəminə təsir edə bilən bir meydandır.
Unutmayaq ki, Azərbaycan 44 günlük Vətən Müharibəsində Şanlı qələbə qazandı, ancaq informasiya müharibəsi hələ də davam edir və uzun illər də edəcək.
"Tiktok"da necə pul qazanırlar?
Bildiyiniz kimi "Tiktok"da canlı yayımlar zamanı hədiyyələr göndərilir. Hədiyyələrin ən kiçiyi güldür (0,1 qəpik), ən böyüyü isə tiktok universedir (350 dollar). Bu qiymətlər göndərilən şəxsə çatan məbləğdir. Göndərən isə həmin hədiyyəni daha böyük məbləğə alır. Tiktok həmin pulun 70 faizini özünü götürür, 30 faizini isə pul kimi qarşı tərəfə verir.
Azərbaycanda həftəlik sıralamada lider olan şəxsə 1,5 milyon jeton gəlir. Bu isə 7500 dollara yaxın puldur. İlk 100 nəfərin sıralamasına baxanda görürük ki, Azərbaycanda bir həftədə ən 1 milyon dollardan çox pul hədiyyə kimi göndərilir.
Gündə ən az 2-3 saat canlı açan istifadəçi aylıq minimum 500-15000 dollar arası pul qazana bilir.
Son olaraq onu deyim ki, vətəni Çin olan bu sosial şəbəkə dünya üçün ən böyük təhdidlərdən biri olacaq. Çünki ABŞ-ın "facebook"unu, "instagram"ını, "youtube"ni geridə qoymağı yalnız Çin bacarardı.