Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

KRİMİNAL 10 sen 2022, 09:53
Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Demokrat.az-a verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı “VAZ-21154” markalı nəqliyyat vasitəsinin sürücüsü Nicat Hüseynli yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin marixuanadan istifadə etdiyi sübuta yetirilib. N.Hüseynlinin barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top