Tərtərdə silah-sursat aşkarlandı

HADİSƏ 10 sen 2022, 09:19
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Demokrat.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları xidmətdə olan zaman Həsənqaya kəndi ərazisində 1 ədəd pulemyot və 89 ədəd patron aşkar edərək götürüblər.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top