Türkiyə Portuqaliya parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qərarına sərt reaksiya verib.
Türkiyə Xarici İşlər Nazirliyi Portuqaliya parlamentini tarixi siyasiləşdirməkdə ittiham edib.
“Portuqaliya parlamentinin 1915-ci ilə hadisələri ilə bağlı açıqlamasını rədd edirik. Tarixi siyasiləşdirmək, beynəlxalq hüququ və Avropa hüququnu heçə sayan bu cür yanaşmalar qəbuledilməzdir. Hüquqa hörmət edilməlidir”, - deyə Türkiyə XİN bəyan edib. (publika.az)