Braziliyalı səyyah: "Azərbaycanlılar azad edilmiş ərazilərdə görülən işlərə görə qürur duymalıdır"

XARİCİ SİYASƏT 08 sen 2022, 20:16
Azərbaycanlılar işğaldan azad edilmiş ərazilərdə görülən işlərə görə qürur duymalıdırlar.

Demokrat.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Braziliyadan olan səyyah Fernanda Pena deyib. O, səfər zamanı gördükləri barəsində ölkəsindəki insanları məlumatlandıracağını qeyd edib:

“Mən ümid edirəm ki, gələcəkdə də bura səfər edib insanların geri qayıtdığını görə biləcəyəm. Çünki siz gözoxşayan binalar tikirsiniz, şəhərdə bərpa işləri aparırsınız, lakin hələki buralarda insanlar çatışmır. Ona görə də gələcəkdə bura bir daha qayıtmaq, küçələrdə insanları, onların işlədiyini görmək istərdim. Siz azərbaycanlılar burada görülən işlərdən qürur duymalısınız. Kənardakı insanlar isə bu barədə məlumatlandırılmalıdırlar. Çünki, məsələn mən Braziliyadanam və bu haqda əvvəllər heç eşitməmişdim. Ona görə də çox şadam ki, bura gələ bilmişəm və Braziliyada insanlara bu haqda danışacağam”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top