Bu ölkə Putinin təhlükəsizliyinə təminat verdi

DÜNYA 08 sen 2022, 11:59
İndoneziya G20 sammitində Rusiya prezidenti Vladimir Putinin təhlükəsizliyini təmin etməyə hazırdır.
 
Demokrat.az xəbər verir ki, bunu İndoneziyanın Rusiyadakı səfiri Xose Tavares RİA Novosti agentliyinə bildirib.

"Bu il G20 sammitinə ev sahibliyi edəcək ölkə olaraq, əlbəttə ki, biz bütün iştirakçılar üçün təhlükəsizlik təminatları verəcəyik. İndoneziya dəfələrlə beynəlxalq görüşlərə ev sahibliyi edib - APEC, ASEAN, Şərqi Asiya Sammiti və s. Təbii ki, İndoneziya bütün iştirakçıların, ilk növbədə də sammitə qatılmağı planlaşdıran dövlət başçılarının təhlükəsizliyinə zəmanət verir", - səfir deyib.

Bundan əvvəl İndoneziya prezidenti Coko Vidodo bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin noyabrda Balidə keçiriləcək G20 sammitində iştirak etməyi planlaşdırır./modern.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top