Baş Prokurorluq jurnalist Əvəz Zeynallının həbsdə olan iş adamının ailəsindən 20 min manat pul tələb etməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Qurumun Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, cinayət faktı haqqında mediada dərc edilmiş və səsləndirilmiş hər bir məlumat prokurorluq orqanları tərəfindən araşdırılır.
Dünən jurnalist, "haqqin.az" portalının baş redaktoru Eynulla Fətullayev sosial media hesabında iddia edib ki, Ə.Zeynallı sentyabrın 3-də həbsdə olan biznesmenin ailəsindən 20 min manat pul tələb edib və iş adamını tənqid etməkdən əl çəkəcəyi müqabilində onun yaxınlarından pul almağa nail olub.
"Haqqin.az" saytının iddiasına görə, Ə.Zeynallı sonrada verdiyi əhdi pozub. Pulu aldıqdan sonra o, iş adamını təhqir və tənqid etməyə davam edib. Bundan sonra biznesmenin qohumları pullarını geri tələb ediblər. Bildirilir ki, 20 min manat pul geri qaytarılıb.
Ə.Zeynallı biznesmeni tənqid etməsi barədə iddiaları rədd edib və Eynulla Fətullayevin haqqında yazdıqlarını böhtan adlandırıb.
İttihamda adı keçən vəkil Elçin Sadıqov da "Haqqin.az" saytının yazdıqlarını qara-piar adlandırıb. Vəkilin sözlərinə görə, Əvəz Zeynallının biznesmenin yaxınlarından pul alması barədə deyilənlər yalandır. O, bunun sadəcə azad sözə hücum olduğunu vurğulayıb.