Yol polisinin yaratdığı müsbət nümunə: vətəndaşa xidmət necə olmalıdır?

TƏHLİL 07 sen 2022, 15:07
“Meyvəli Gömrük Terminalı”nda süründürməçilikdən tutmuş müxtəlif neqativ halların yaşandığı sirr deyil. Zaman-zaman mətbuatın da gündəminə gələn bu problem hələ də həllini tapmayıb və hər kəs Dövlət Gömrük Komitəsində rəhbərliyin dəyişməsindən sonra vəziyyətin dəyişəcəyinə ümid edir, hər-halda bunun üçün bir qədər zamana ehtiyac var.

Bura görmək, arzulamaq istəmədiyimiz Azərbaycandır. Amma Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) “Meyvəli Gömrük Terminalı”nın yaxınlığında fəaliyyət göstərən qeydiyyat-imtahan şöbəsinə yolunuz düşərsə, aradakı fərqi açıq şəkildə hiss etmək olur. Bura həm də "görmək istədiyimiz, arzuladığımız Azərbaycandır" deyə bilərik.

Əgər gömrükdə yumşaq desək süründürməçiliklə üzləşiriksə, BDYPi-nin qeydiyyat-imtahan şöbəsinə tam fərqli mənzərə ilə qarşılaşırıq.

Şöbənin əməkdaşlarının peşəkar fəaliyyəti, vətəndaşı gülərüzlə qarşılaması, süründürməçiliyin edilməməsi, ödənişlərin dövlət rüsumuna uyğun alınması və sözün həqiqi mənasında müsbət atmosfer var.

Bu iki qurum və iki fərqli mənzərə problemlərin həll edilməsi, vətəndaş üçün daha yaxşı xidmət nümunəsinin yaradılmasına ümidləri də artırır. 
Gömrükdəki problemlərlə üzləşdikdən sonra BDYPİ-nin qeydiyyat-imtahan şöbəsində hökm sürən müsbət atmosfer doğrudan da müsbət perspektivlər vəd edir.

Bəs səbəb nədir?

Bu sualın sadə cavabı var. Rəhbərliyin fəaliyyəti, ilk öncə vətəndaşa xidmət missiyasının prioritet istiqamət olaraq seçilməsidir. 



Ümumiyyətlə, Vilayət Eyvazovun Daxili işlər naziri olmasından sonra polis sistemində müsbətə doğru dəyişikliklər daha çox nəzərə çarpmağa başladı. Sirr deyil ki, Azərbaycan polisinin bəzən obyektiv, bəzən də subyektiv səbəblərdən mənfi obrazı formalaşmış, yaxud belə obrazın formalaşması üçün bəlli dairələr əllərindən gələni edirdilər. Lakin Vilayət Eyvazovun rəhbərliyi dövründə polisin mənfi imici sıradan çıxdı, mənfi imic yaratmağa çalışanların əlinə əsas verilmədi. Bu gün Azərbaycan polisi təkcə ölkənin təhlükəsizliyini qorumur, həm də gecə-gündüz vətəndaşın xidmətindədir. Yolda qalanın da imdadına polis çatır, yolu keçmək istəyənin də. Bu müsbət dəyişikliklər təbii ki, polis sisteminin bütün sferalarında müşahidə olunur, o cümlədən, Baş Dövlət Yol Polisi İdarəsində də.

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov təkcə bu sahəyə rəhbərlik etmir, eyni zamanda, bu sahənin peşəkarlarındandır. Artıq meqapolisə çevrilən paytaxtımızın avtomobillərin sayının həddindən artıq çox olduğu mürəkkəb yollarında nizam-intizamın mövcudluğu da məhz Ramiz Zeylanov kimi şəxslərin yaratdığı saat kimi işləyən mexanizminin nəticəsidir. Bəzən hansısa neqativ hallarla bağlı məlumatlar, daha çox isə iddialar gündəmə gələ bilər, lakin iş olan yerdə problemlərin olması da normaldır və qərəzdən uzaq yanaşdıqda Baş Dövlət Yol Polisi İdarəsinin fəaliyyəti ölkədə nümunəvi fəaliyyətlərdən biri hesab edilə bilər. 

Əyani nümunələrdən biri ilə məhz “Meyvəli Gömrük Terminalı”nın yaxınlığında fəaliyyət göstərən qeydiyyat-imtahan şöbəsində görmək mümkündür. Yuxarıda müqayisəli nümunə göstərməyimizin səbəbi də budur. 



BDYPİ-nin qeydiyyat-imtahan şöbəsində yaradılan xidmət nümunəsində şübhəsiz ki, bu şöbənin rəisi Afiyəddin Leysanovun da payı əvəzsizdir. A.Leysanov bu şöbəyə yaxın vaxtlarda təyin edilib və fəaliyyətə başladığı qısa müddət ərzində müsbət xidmət nümunəsini yaradıb.

Sirr deyil ki, bu şöbənin əvvəlki rəhbərliklərinin dövründə vətəndaşlar incidilir, süründürməçilik yaşanır, sözün gerçək mənasında xaos yaşanırdı. Bu haqda da dövrü mətbuatda kifayət qədər məlumatlar yayılmışdı. Lakin indi mənzərə tamamilə fərqlidir.

Hazırda bu şöbədə hər şey kompüterləşdirilib, növbəlilik təmin edilib, sənədləşmə monitorlar vasitəsilə həyata keçirilir. Xaosdan, qarışıqlıqdan əsər-əlamət yoxdur.

Bu müsbət, arzuolunan nümunənin yaradılmasında təbii ki, cənab nazir Vilayət Eyvazovun, BDYPİ-nin rəisi Ramiz Zeylanovun xidmətləri böyükdür.

Təbii ki, bu sahədə bğöyük xidmətləri olan digər şəxsləri də unutmaq olmaz, xüsusilə BDYPİ-nin rəis müavini, Qeydiyyat-İmtahan İdarəsinin rəisi polis polkovniki Kamran Əliyevin, həmçinin, hazırda təqaüddə olan polis polkovniki Vaqif Əsədovun adını çəkə bilərik. 



Kamran Əliyevin istər media, istərsə vətəndaşlarla həyata keçirdiyi savadlı işlərin nəticəsi göz önündədir. Artıq vətəndaşla polis arasında normal münasibətlər formalaşıb, vətəndaş öz polisinə güvənir, eləcə də polislərimiz haqqında mənfi rəy yaratmaq istəyən qrupların əl-qolu bağlanıb. Çünki belə qruplara “əsas” verilmir.

Vaqif Əsədov isə dövlət qurumlarının media ilə əməkdaşlıq nümunəsini yaradan azsaylı şəxslərdən biri kimi hər kəs tərəfindən qəbul olunur. Ümumiyyətlə, Vaqif Əsədovun göstərdiyi fəaliyyət mətbuat xidmətlərinin iş prinsiplərinin necə olmasına dair məktəb hesab edilə bilər. Media cameəsində mövqeyindən asılı olmayaraq, hər kəsin Vaqif Əsədovla bağlı ortaq rəyi də belədir. Bu baxımdan, Vaqif Əsədov təqaüdə çıxsa belə, onun təcrübələrindən yararlanmaqda fayda var.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top