"Uşaqları kamera olmayan otağa aparıb, orada döyürlərmiş" — İşgəncəyə məruz qalan uşaqların valideynləri danışdı(VİDEO+FOTO)

GÜNDƏM 06 sen 2022, 17:22
Xəbər verdiyimiz kimi, Bakıda yerləşən "Mehnur” Reabilitasiya Mərkəzində azyaşlı uşaqlara işgəncə verənlər saxlanılıblar.

Övladları müxtəlif dərəcəli işgəncələrə məruz qalan uşaqların valideynləri saxlanılan şəxslərə ən ağır cəzanın verilməsini istəyib.

Bununla yanaşı onlar ödədikləri ödənişləri də geri istəyiblər.

Yayılan görüntülərdə övladı yerdə uzanan və işgəncə verilən Osmanın anası hadisə ilə bağlı sosial şəbəkə vasitəsilə məlumat aldığını deyir. O baxıcılara ən ağır cəzanın verilməsini istəyib.

Reabilitasiya mərkəzində müalicə alan uşaqlardan biri də Amindir. Aminin nənəsi də həmin mərkəzdə bu halın ilk dəfə olmadığını deyir, o bütün uşaqların bədənində xəsarətlərin olduğunu bildirib.

Valideynlər həmçinin bildirib ki, uşaqları kamera olmayan oatağa aparıb, orada işgəncə veriblər. Bu hadisə digər baxıcıların gözü qarşısında baş verib. Ancaq buna baxmayaraq həmin müəllimlər susublar.

Zərəçəkmiş şəxslər ödənişlərinin də geri qaytarılmasını tələb edirlər. (Azxeber.com)
 


 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top