Deputatdan valideynlərə: “Diqqəti uşağın biliyinə və tərbiyəsinə yönəldin”

GÜNDƏM 05 sen 2022, 22:30
“Məktəb paltarı üçün insanların növbələrdə bu qədər təlaşı məni təəccübləndirmədi. Təqribən pirdə, ziyarətgahda nəzir növbəsinə bənzər bir foto. Dəfələrlə deyirik, bu məmləkətdə hər kəs öz qafasındakını Quran adına oxuyur. Ay əziz, sevimli, gözəl, qayğıkeş ata-ana! Narahat olmayın, məktəbli paltarının qəşəngliyi, bahalığı barədə test suallarında heç bir məsələ olmayacaq”.

Bunu deputat Fazil Mustafa bildirib.

“Özünüzü sıxıntıya salıb paltar almayın. Evdə hazırlaya bilirsiniz, evdə, qonşudan, qohumdan ala bilirsiniz, onlardan məktəbə uyğun uşağa paltar tədarük edin, vəssalam. Hansısa direktor, hansısa sinif rəhbəri məhz məktəbli paltarına görə qəlbinizə dəyən bircə kəlmə söz desə, bir millət vəkili kimi bölgəsindən asılı olmayaraq şəxsimə müraciət edin. Dərhal hüququnuzu qoruyacağam. Konstitusiyanın 42-ci maddəsini də kiçik bir kağıza yazıb, uşağa verin. Bu qədər bəsit. Məktəb bilik və tərbiyə almaq yeridir, diqqəti uşağın biliyinə və tərbiyəsinə yönəldin” – F.Mustafa qeyd edib.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top