“Gənclər dövrə uyğundurlar, yəni zamana oxşayırlar. Bu, həmişə belə olub və hər bir dövrün gəncləri o dövrə oxşayıblar, indiki gənclər də istisna deyil. Əlbəttə ki, şəxsən tanıdığım bildiyim gənclər var ki, özəlliklə bədii ədəbiyyat oxumağa, yeni texnologiyaları öyrənməyə, xarici dillər öyrənməyə üstünlük verirlər. Baxırsan ki, normal gənclərdir, özlərinin inkişafı üçün əllərindən gələni edirlər. Amma bir qism gənclər var ki, onlar ədəbiyyatdan, yeni texnologiyadan uzaqdırlar. Təəssüflə qeyd etmək lazımdır ki, çağdaş bilgi yarışmasında o gənclərin yeri yoxdur. Yəni, onlar bu yarışmada iştirak etmirlər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Əməkdar jurnalist Azər Həsrət deyib. “Təəssüflə bir daha qeyd etmək lazımdır ki, belə gənclərin arasında yeni texnologiyaların pis tərəflərindən istifadə edənlər də az deyil. Yəni, daha çox oyunlar, gərəksiz məşğuliyyətlər və s. ilə vaxtlarını boşa xərcləyirlər. Bundan başqa, gənclərimiz arasında adət-ənənə ilə bağlı problemlər də özünü göstərməkdədir. Bu gün elə bir gənclik yetişir ki, onlar arasında böyüklərə münasibət, hörmət, sayğı və s. məsələləri arxa plandadır. Cəmiyyət içində evlərində necədir biz deyə bilmərik. Hətta ictimai nəqliyyatda özlərindən yaşlı insanlara yer verməyən gənclərimizin sayı həddən artıq çoxdur. Şəxsən mən ictimai nəqliyyatdan istifadə edirəm və bunu müşahidə edirəm. Görürəm ki, gənclər oturublar. Bir qadın, yaşlı insan gəldi, heç tükləri də tərpənmir. Halbuki, bizim gənclik dövrümüzdə elə idi ki, avtobusun arxasında oturan bir gənc avtobusun önündə ağsaqqal, ağbirçək görəndə elə uzaqdan çağırırdı ki, gəlin, buyurun, oturun. İndi baxırsan ki, bir az o məsələdə axsama var. Yəni, ümumi mənzərə bundan ibarətdir. Deməzdim ki, vəziyyət həddən artıq pisdir. Sadəcə olaraq, pis tərəfi də var, yaxşı tərəfi də az deyil. Yəni, zəmanə gəncləridir, zəmanəyə oxşayır gənclərimiz”.
Aynurə Pənahqızı
Demokrat.az