Bu il 110 yaşayış massivinin qazlaşdırılması planlaşdırılır

GÜNDƏM 02 sen 2022, 15:24
“Bu gün ölkə üzrə qazlaşma 96,3 faizdir. Bu il isə 110 yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub”. 
 
Demokrat.az
xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib. 
 
Onun sözlərinə görə, prosesin böyük qismi artıq yekunlaşmaq üzrədir: 
 
“Bu 110 yaşayış massivindən 30-u konkret meşəətrafı yaşayış massivləridir. Onu da qeyd edim ki, hələ 800-ə yaxın yaşayış məntəqələri var ki, onlar qazlaşdırılmalıdır. Onların da 400-ə yaxını meşə ətrafı ərazidir. Onların bir qisminin qazlaşdırılması iqtisadi cəhətdən tam səmərəli hesab olunmur, bu barədə yol xəritəsində də qeyd edilib. 
 
Bildiyim qədər, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı aidiyyəti üzrə müraciət edib, danışıqlar aparıb.
 
Bir neçə dəfə bununla bağlı görüşlərimiz olub. Ancaq bu gün üçün genişlənmə yoxdur. Hələ ki 2023-cü ilə qədər planlaşdırma aparırıq, lakin tam təsdiqini tapmadığı üçün bunu nəzərdə tutmuruq. Təxminən bir aya bizim tərtib etdiyimiz plan təsdiqlənəcək və bu barədə ictimaiyyətə məlumat veriləcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top