Jurnalist təşkilatı şəhid ailələrinin sosial problemlərini araşdıracaq

SOSİAL 01 sen 2022, 14:38
Jurnalist Araşdırmaları Mərkəzi (JAM) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihənin icrasına başlayıb.

Demokrat.az
xəbər verir ki, layihənin rəhbəri, JAM sədri Seymur Verdizadə deyib ki, məqsəd şəhid ailələri və Qarabağ qazilərinin problemlərini, onların ehtiyac və istəklərini öyrənmək, bu problemləri media vasitəsilə müvafiq dövlət qurumlarının diqqətinə açtdırmaqdır.

"Layihə çərçivəsində həm ölkənin tanınmış, ictimai fəal olan şəxsləri, həm də bu kateqoriyadan olanların özlərinin fikirləri dinləniləcək, qaldırılan məsələlər onlayın media vasitəsi ilə ictimaiyyətin diqqətinə çatdırılacaq. Bundan başqa layihə çərçivəsində şəhid ailələrinin evlərinə səfərlər, bu kateqoriyadan olan təşkilatların nümayəndələri ilə görüşlər, onların yaşayışı ilə bağlı reportajlar hazırlanacaq", - deyə Seymur Verdizadə qeyd edib.

JAM sədri bildirib ki, layihə 3 ay müddətində Bakı şəhərində həyata keçiriləcək.

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top