Gömrük nəzarətindən gizlədilən siqaret və bitki dərmanları aşkar edildi — FOTO

HADİSƏ 29 avq 2022, 15:17
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" və “Mazımqara” gömrük postlarında "DAF”, “MAN” və “Mercedes-Benz” markalı  nəqliyyat vasitələri saxlanılıb, avtomobillərin sürücüləri şifahi sorğu-sual olunub.

Demorkat.az xəbər verir ki,sorğu-sual zamanı sürücülər idarə etdikləri avtomobillərdə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildiriblər.

Yoxlama zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən 400 qutu müxtəlif markalı siqaret və 72 ədəd 1 litrlik qablaşdırılmada bitki dərmanı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top