“Narkotika aludəçiliyi sosial bəlaya çevrilmişdir. Çox təəssüf ki, bəzi insanlar orta məktəb yaşlarından narkotik maddələri istifadə etməyə başlayırlar. Ən pis tərəfi də odur ki, insanlar narkotikin insan sağlamlığı üçün zərərlərini görə-görə istifadəsinə başlayırlar. Çox pis haldır ki, son vaxtlar narkotik vasitələrin yayımı ilə məşğul şəxslərin sayı çoxalmışdır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bunun əsasında birinci növbədə narkotik vasitələrin ölkəyə gətirilməsinə və yayılmasına qarşı mübarizəsini zamanında ciddi şəkildə aparılmadığını düşünür: “Çünki, vaxtında narkotik vasitələrin yayılmasına qarşı daha ciddi mübarizə aparılsaydı, bu gün kütləvi hal almazdı və bu gün hətta sosial şəbəkələrdə satışını təşkil edə bilməzdilər. Düzdür, bu gün polisimiz narkotik maddələri satanlara qarşı mübarizəni ciddiləşdirmişdir. Hətta demək olar ki, mütəmadi olaraq narkotik maddələrin satışı ilə məşğul olan şəbəkələrin ifşa edilməsi hallarını da müşahidə edirik. Bunu çox yaxşı hal hesab edirəm. Hesab edirəm ki, narkotik maddələrinin satışı ilə məşğul olan şəxslərə tətbiq olunan cəzalar daha da sərtləşdirilməlidir”.
“Əgər bir şəxs bu məsələ ilə bağlı həbsxanaya düşürsə və azad olunandan sonra yenə bu işlə məşğul olursa, bu, ciddi siqnal olmalıdır. Cəzalar o dərəcədə sərt olmalıdır ki, insanlar narkotik satışı ilə məşğul olaraq asan yolla pul qazanmaq məsələsini yaddan çıxartsınlar. Bu sosial bəlaya qarşı mübarizəyə qarşı təkcə polis yox, bütün cəmiyyətin qoşulmalı olduğunu hesab edirəm. Hardasa yeni narkotik qəbul etməyə başlamış şəxslər qarşımıza çıxanda hər birimiz onları bu bəladan uzaqlaşması üçün psixoloji təsir göstərməliyik. Və ya da məktəblərin ətraflarında və digər yerlərdə narkotik maddələrin satışını həyata keçirən şəxsləri görəndə dərhal müvafiq orqanı məlumatlandırmalıdır. Çünki, narkotik maddələrin qəbulunun yayılması insanların sağlamlıqlarının və ümumi genefondunun məhv olunmasına gətirib çıxardır”. Millət vəkili qeyd edib ki, mübarizə tədbirləri genişləndirilməlidir: “Amma, narkotik vasitələrin insan orqanizminə vurduğu zərərlərlə bağlı və ya da saxlanılanlarla bağlı mətbuatda və sosial şəbəklərdə maarifləndirmə işinin genişləndirilməsini də düzgün hesab etmirəm. Çünki, məktəbdə uşaqlar arasında bu mövzu ilə bağlı maaarifləndirmə işi aparılanda, narkotik haqqında məlumatı olmayanlarda da bunun nə olduğunu öyrənmək üçün həvəs yaratdığını hesab edirəm. Narkotik elə bir şeydir ki, bir dəfə istifadə edən şəxsdə ondan asıllıq meydana gəlir. Beləliklə, insanları maarifləndirmək üçün aparılan təbliğat işinin nəticədə əks effekt yaratdığını düşünürəm. Ona görə də, narkotiklərlə bağlı xəbərlərin tez-tez işıqlandırılmasını düzgün hesab etmirəm”.
Aynurə Pənahqızı
Demokrat.az