“ABŞ və Fransa səfirləri Şuşaya səfərdən məhz buna görə imtina edirlər” — AÇIQLAMA

GÜNDƏM 27 avq 2022, 14:08
“Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi beynəlxalq hüququn prinsiplərinə tamamilə uyğundur. BMT-nin üzvü olan hər bir ölkə buna hörmətlə yanaşmalı və qəbul etməlidir”. 

 Bu fikirləri Demokrat.az-a açıqlamasında Ədalət partiyasının Təşkilati məsələlər üzrə sədr müavini Mütəllim Rəhimli deyib. Analitik qeyd edib ki, lakin Azərbaycanın apardığı 44 günlük müharibə dövründə də bəzi ölkələr əleyhimizə çıxırdılar və heç bir əsas olmadan atəşi dayandırmağı tələb edirdilər:

“BMT Təhlükəsizlik Şurasının iclasında da ABŞ və Fransa müharibənin dayandırılmasını, qoşunların əvvəlki mövqelərinə qayıtmasını əks etdirən qərara səs vermişdilər. Görünür həmin vaxtdan indiyədək nə ABŞ, nə də Fransa öz mövqelərində ədaləti bərpa edə bilməyiblər. Bu ölkələr bizə münasibətdə beynəlxalq hüququn prinsiplərini, dövlətlərin ərazi bütövlüyü məsələsini və ədalət anlayışını deyil, özlərinin siyasi maraqlarını əsas götürürlər”. 



“Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi onların regionda manevr imkanlarını minimuma endirdiyinə görə reallıqla barışmaq istəmirlər. Buna görə də, mövcud vəziyyəti qəbul etmək əvəzinə özlərinə sərf edə biləcək fürsətlər axtarırlar. Təbii ki, bu fürsətlər də regionda gərginliyin saxlanılması və ona nəzarət imkanları ilə bağlıdır. Məhz buna görə də, düşünürəm ki, ABŞ və Fransanın səfirləri Şuşaya səfərdən imtina edirlər. Lakin onların gözləntilərinin uğurlu nəticə verməyəcək. Artıq geriyə qayıdış mümkün deyil”.

Qeyd edək ki, Şuşadakı tədbirdə uzaq ölkələrdən Uqanda, Qvatemala, Dominikan, Sudan, Qvineya, Salvador və s. kimi ölkələrin xüsusi nümayəndələri iştirak ediblər. Həmçinin, Bakıda olan rezident səfirlər, həm Ankarada, Moskvada və Tehranda fəaliyyət göstərən non-resident səfirləri də iştirak etdilər. Lakin, ABŞ və Fransa səfirləri Şuşaya yenə də gəlib iştirak etmədilər. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top