Rəşad Sadıqov: “Onları ömrümdən silməmişəm”

İDMAN 27 avq 2022, 09:09
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov gözlənilmədən futbolçuları Təmkin Xəlilzadə və İlkin Muradovun transferə çıxarılması məsələsinə münasibət bildirib.

Demokrat.az xəbər verir ki, gənc çalışdırıcı qərarını belə izah edib:

“Yaxın müddətdə onların komandaya qaytarılması gözlənilmir. Amma gələcəkdə ola bilər ki, bir yerdə işləyək. Mən onları ömrümdən silməmişəm. Sadəcə, bu gün gedişat bunu tələb edirdi, mən də qərar vermişəm. Söhbət səhvin böyük və ya kiçikliyindən yox, davamiyyətindən gedir. 

Ardıcıl eyni səhvləri edən futbolçularla davam etmək mümkün deyil. Ümumiyyətlə, futbolda üçüncü yeri qənaətbəxş sayan, zəif nəticədən sonra heç nə olmamış kimi evində istirahət edən futbolçu ambisiyalı ola bilməz”.(qafqazinfo.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top