Türk Dövlətləri Təşkilatından Laçınla bağlı BƏYANAT

XARİCİ SİYASƏT 26 avqust 2022, 23:35
Türk Dövlətləri Təşkilatı Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı bəyanat yayıb.

Demokrat.az
xəbər verir ki, bəyanatda təşkilatın Baş Katibliyi yaşayış məntəqələrinin Azərbaycana qaytarılması alqışlanıb.

“Türk Dövlətləri Təşkilatı qardaş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini və sadiqliyini bir daha bəyan edir və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində münaqişədən sonrakı reabilitasiya, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazır olduğunu bildirir.

Türk Dövlətləri Təşkilatı diplomatik səylərin vacibliyini vurğulayır və Cənubi Qafqazda sülh və sabitliyə, məcburi köçkünlərin azad edilmiş ərazilərə qaytarılması işinə xidmət edəcək Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılmasını dəstəkləyir”, - bəyanatda deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top