Sabahın hava proqnozu

SOSİAL 24 avq 2022, 11:06
Bakıda və Abşeron yarımadasında avqustun 25-də hava yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, cənub-şərq küləyi əsəcək

Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-36° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 34-38° isti, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top