Putin Duqinanı ölümündən sonra ordenlə təltif etdi

DÜNYA 22 avq 2022, 22:55
Rusiya Prezidenti Vladimir Putin ictimai xadim Aleksandr Duqinin qızı Dariyanın ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Demokrat.az xəbər verir ki, sərəncamın mətnində deyilir: “Peşəkar borcunu yerinə yetirərkən göstərdiyi cəsarət və fədakarlığa görə Darya Aleksandrovna Duqina (ölümündən sonra) “İgidliyə görə” ordeni ilə təltif edilsin”.

Bundan əvvəl Putin teleqram kanalında Duqinanın ailəsinə başsağlığı verib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top