Avtomobildən küçəyə tüpürənlər cərimələnəcək

AVTO 22 avq 2022, 14:30
Qaydanı pozan sürücüləri kameraya düşən avtomobilin dövlət nömrə nişanı ilə müəyyən edəcəklər.

Demokrat.az xəbər verir ki, Qazaxıstanın paytaxtı Nur-Sultan şəhər Məsləhət Şurasınnı deputatları ictimai yerlərdə tüpürməyə görə cəzanı sərtləşdirməyi təklif ediblər.

Nur-Sultan akimatının yaydığı məlumatda bildirilir ki, küçələri, ictimai yerləri zibilləmək və tüpürmək qəti qadağandır:

"Belə hərəkətlər sadəcə şəhərin ümumi mənzərəsini korlamır, həmçinin müxtəlif bakteriyaların yayılmasına səbəb olur. Ona görə də qayda pozucuları məsuliyyətə cəlb edilməli, inzibati yolla cərimələnməlidir. Bu qaydanı pozan avtomobil sürücülərini operativ aşkar etməkdən ötrü isə müşahidə kameralarından istifadə etmək planlaşdırılır".(publika.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top