Krım rəhbərliyi yarımadadan qaçdı — Moskvada olduğu deyilir

DÜNYA 21 avq 2022, 14:12
Ukrayna ordusunun yarımadaya etdiyi raket hücumlarından sonra Krım Muxtar Respublikasının Nazirlər Şurasının sədri Sergey Aksyonov və spikeri Vladimir Konstantinov qəfil yarımadanı tərk edib.

Demokrat.az
Rusiya mediasına istinadla xəbər verir ki, sözügedən şəxslərin Krım körpüsünün bağlanılması ərəfəsində Kremldən gələn zənglə Krımı tərk etdiyi deyilir. 

Məlumata görə, Krımda baş verən son partlayışlar və Ukrayna ordusunun raket hücumları onların həyatlarına təhlükə yaratdığı üçün yarımadanı tərk etməyə məcbur olublar. 

Xatırladaq ki, Ukrayna ordusu və xüsusi təyinatlı qüvvələri son günlər Krım istiqamətində bir sıra hərbi əməliyyat həyata keçiriblər. Raket zərbələri və diversiya qruplarının əməliyyatı nəticəsində Krımda Rusiyanın bir neçə hərbi bazası, silah anbarı, təyyarələri partladılıb, dəmir yolu və elektrik stansiyası sıradan çıxarılıb.


Malik
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top