Pensiyaçı ov tüfəngi ilə Rusiyanın “Su-34” qırıcısını vurub saldı... — VİDEO

REGİON 20 avq 2022, 10:18
2022-ci ilin martında Rusiya işğalçıları Ukraynanın Çerniqovu fasiləsiz bombardman edəndə təqaüdçü Valeri Fyodoroviç ov tüfəngini götürərək təyyarələrdən birinə atəş açıb. Nəticədə düşmənin "Su-34" qırıcısı məhv edilib.



Demokrat.az xəbər verir ki, yalnız dünən -avqustun 19-da ictimailəşdirilən bu xəbəri "UNİAN" nəşri yayıb.
 
"Rus qırıcısı İkinci dövrə vuranda mən öz tüfəngimdən, hə, uşaqlar, öz tüfəngimdən atəş açdım və o, "ux" və yerə düşdü"- deyə təqaüdçü xatırlayır.
 
Vurulmuş Rusiya qırıcısına görə penisyaçı Ukrayna Dövlət Sərhəd Xidmətinin “Dövlət sərhədinin mühafizəsində köməyə görə” medalı ilə təltif edilib”, - deyə agentliyin saytında bildirilir.



Əsl ovçu kimi Viktor Fyodoroviç  vurulmuş "Su-34"-dən bir parçanı xatirə üçün götürüb saxlayır.
 
"Yaşın imkan versə, orduya gedərsənmi" -deyə soruşduqda ahıl kişi belə cavab verib: "Elə bu gün! Piyada, dördəmə, sürünərdim!"
 
Döyüşlər zamanı bu təqaüdçü ukrayın kişi daim Çerniqov müdafiəçilərinə və mülki sakinlərə kömək edib. Onun evinin zirzəmisində uşaqlı qonşular gizləniblər.(moderator.az)


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top