Ukrayna əks-kəşfiyyatı Parlamendə Rusiya casusunu tutdu

DÜNYA 19 avq 2022, 19:04
Ukrayna Ali Radası Administrasiyasının dəstək bölməsinin keçmiş əməkdaşı Rusiya Federal Təhlükəsizlik Xidmətinin cəsusu parlamentin iclas zalında dinləmə cihazları quraşdırmağa cəhd edib. Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti Telegramda məlumat yayıb.

Demokrat.az Vision TV-yə istinadən xəbər verir ki, Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatı keçmiş əməkdaşın Rusiya xüsusi xidmət orqanlarının xeyrinə cəsusluq aktını ifşa edib.
UTX-nin məlumatına görə, məmur tammiqyaslı işğal başlamazdan əvvəl müvəqqəti işğal olunmuş Krıma səfəri zamanı FTB-nin zabiti tərəfindən əməkdaşlığa cəlb edilib.

“Rusiyalı kuratorun göstərişi ilə agent xarici nümayəndə heyətlərinin Ukrayna parlamentinə səfərləri, o cümlədən onların  tərkibi, rəsmi və qeyri-rəsmi danışıqların məzmunu ilə bağlı kəşfiyyat məlumatları toplayıb”, - məlumatda deyilir.

Agentə zallarda və kənarlarda məlumatların gizli toplanması üçün xüsusi texniki vasitələrin quraşdırılması imkanlarını öyrənmək tapşırığı verilib.

UTX qeyd edib ki, Rusiyanın təcavüzü başlayanda o, dövlət qurumundan istefa verib, buna görə də Rusiya xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirməyib.

"Agent Jitomir vilayətində strateji əhəmiyyətli obyektdə işə düzəlməyə çalışıb. Bunun üçün o, xüsusi yoxlamadan keçib və bu zaman UTX-nin mütəxəssisləri onu cəsus olduğu faktını aşkar ediblər. Və agentin özü Rusiya xüsusi xidmət orqanlarının tapşırıqları barədə könüllü olaraq məlumat verib. ”, - UTX təfərrüatları açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top