Sumqayıtda 45 yaşlı kişi əsgərlikdən yeni gələn oğluna xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 19 avq 2022, 10:47
Sumqayıt şəhərində 1977-ci il təvəllüdlü Tapdıq ogey oğlu Kərimə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tapdıq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

Tapdıq bildirib ki, Sumqayıt şəhərində fərdi əməklə məşğuldur: “Təxminən 8 il əvvəl Sumqayıt şəhərində Həqiqət ilə tanış oldum. Bir-birimizi istəyib münasibət saxlayaraq görüşürdük. Əvəllər münasibətlərimiz normal olub. Həqiqətin 1-ci ailəsindən 2 övladı var. Qızı ailəlidir. Oğlu Kərim bizimlə birgə yaşayır”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən günü, saat 23.00-da Kərim onunla mübahisə eləməyə başlayıb: Kərimlə mübahisə edərək yumruqla onun başından və sifətinə bir necə zərbə vurdum. Həmin vaxt Həqiqət məni kənara çəkərək sakitləşdirməyə başladı. Mən də evdən getdim. Sonradan bildim ki, Həqiqət onun oğlunu döyməm barəsində polisə şikayət edib”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Kərimin sözlərinə görə, 2022-ci ildə həqiqi hərbi xidməti başa vuraraq evə qayıdıb: “Atalığım ilə münasibətlərim normal olub. O hərbi xidmətdən qayıtdıqdan sonra Tapdıqla aramızda tez tez mübahisələrimiz oldu. Hadisə günü saat təxminən 23.30-da kirayə yaşadığımız ünvanda atalığım Tapqıd sipirtli içki qəbul etdi, məni söyməyə və təhqir eləməyə başladı. Ona öz etirazımı bildirəndə atalığım üstümə hücüm çəkərək başıma, sifətimə bir necə dəfə yumruq zərbəsi vurdu. Mənə xəsarət yetirdi və burnum qanadı”. 

Zərərçəkmiş qeyd edib ki, həmin vaxt otaqda anası Tapdığın onu döyməsi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat verib. O, ifadəsinin sonunda Tapdığın barəsində şikayətçi olmadığını deyib.

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Tapdığın barəsində olan cinayət təqibinə xitam verilib. 

Buna səbəb oğulluğu Kərimin onu bağışlaması olub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top